Bu gün “Neftçi”nin oyunu var

Bu gün Azərbaycanın avrokuboklardakı təmsilçisi “Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, evdəki ilk oyunda Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə uduzan “Neftçi” Bolqarıstanda baş tutacaq cavab görüşündə çox çətin vəzifənin öhdəsindən gəlməyə və revanş almağa çalışacaq. UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu 30 iyul 21:00. “Dinamo” (Minsk) – “Neftçi” Baş hakim: Tim Marşall (Şimali İrlandiya) Stadion: Beroe şəhər stadionu