Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
Milli Hidrometeorologiya Xidməti iyulun 30-u saat 15:00-a olan faktiki hava şəraiti barədə məlumat yayıb. Bildirilib ki, hazırda ölkənin bəzi bölgələrində küləkli hava müşahidə olunur. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/s qeydə alınıb. Goranboyda cənub-qərb küləyi 19 m/s, Naftalanda isə 18 m/s sürətlə əsir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin