“Qarabağ” bu gün həlledici oyuna çıxır
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, “Qarabağ” növbəti mərhələ uğrunda mübarizəsini davam etdirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə Bolqarıstanın CSKA klubu ilə üz-üzə gələcək. Sofiyadakı Vasili Levski Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar mərhələnin ilk oyununda Bakıda qarşılaşıb. Tərəflərin mübarizəsində qol vurulmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçı növbəti mərhələyə yüksələn komandanı müəyyənləşdirəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda “Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib. 30 iyul UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu 22:00. CSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) İlk oyun - 0:0 Baş hakim: Bran van Den Dries (Belçika) Sofiya. Vasili Levski Milli Stadionu

Şərh verin