Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq

9 illik ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi avqustun 3-də başlayacaq. Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər ixtisas seçimini avqustun 9-dək həyata keçirə biləcəklər. DİM tərəfindən həmçinin "Abituriyent" jurnalının 3-cü nömrəsi və 9 illik təhsil bazasında kolleclərə 2025-ci il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)