“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
Transfer çalışmalarını davam etdirən Gəncənin "Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Milli.Az xəbər verir ki, klub Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Rafael Məhərrəmli son olaraq "Şamaxı"nın formasını geyinib. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 qarşılaşmada meydana çıxıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin