Gəncədə güclü yanğın — Video

Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb. Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib. Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.