Olimpiadanın açılışında xatirəsi yad ediləcək
Gələn ilin əvvəli İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasiminin təfərrüatını açıqlayıblar. “Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, həmin mərasim zamanı sentyabrda vəfat edən əfsanəvi italiyalı modelyer Corco Armaninin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Dizayner uzun illər ərzində İtaliya yığmasının formasının hazırlanması ilə məşğul olub. Bununla yanaşı, ilk dəfə idmançıların paradı eyni vaxtda müxtəlif şəhərlərdə təşkil edilən 4 platformada həyata keçiriləcək. Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-da Milanda “San-Siro” stadionunda start götürəcək və fevralın 22-nə qədər davam edəcək.

Şərh verin