Pikassonun həmin əsəri 37 milyona satıldı
Tanınmış rəssam Pablo Pikassonun unikal tablosu Fransanın paytaxtı Parisdə keçirilən hərracda 37 milyon dollara satılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Çiçəkli papaqlı qadının büstü” (Dora Maar) adlı əsər 1943-cü ilin iyulunda çəkilib və 1944-cü ildə şəxsi kolleksiyaya daxil olub. Rəssam və fotoqraf olan Dora Maar 1936-1945-ci illərdə Pablo Pikasso ilə münasibətdə olub.

Şərh verin