Çayınıza bir ədəd əlavə edin - Qaraciyərin dərmanıdır
Qış aylarında həm bədəni isidən, həm də immunitet sistemini gücləndirən təbii vasitələrdən biri mixəkdir. Bu kiçik, lakin güclü ədviyyat yalnız xoş qoxusu ilə deyil, həm də sağlamlığa faydalı təsirləri ilə seçilir. Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, səhər və ya axşam çayınıza 1-2 mixək əlavə etmək qaraciyərin detoks funksiyasını dəstəkləyir və həzm sistemini sakitləşdirir. Mixəklərin müntəzəm istifadəsi bədəni təmizləyir və enerji səviyyəsini artırır. Mixəyin faydaları Qaraciyərin təmizlənməsi: Tərkibindəki evgenol birləşməsi qaraciyər fermentlərinin fəaliyyətini tənzimləyir, toksinlərin xaric edilməsinə kömək edir və oksidləşdirici stressi azaldır. Həzm sisteminin dəstəklənməsi: Gün ərzində bir fincan bitki çayına əlavə edilən mixək qaz, şişkinlik və mədə narahatlığını azaldır. Hüceyrələrin qorunması və bərpası: Antioksidantlarla zəngin olan mixək sərbəst radikalların vurduğu zərəri azaldır və qaraciyər hüceyrələrinin bərpasına kömək edir. Yağlı qaraciyərin qarşısının alınması: Qaraciyərdə artıq yağın yığılmasının qarşısını alır və ümumi maddələr mübadiləsini dəstəkləyir. Elmi tədqiqatlar göstərir ki, mixəyin müntəzəm istifadəsi qaraciyər hüceyrələrini qoruyur və zədələnmənin qarşısını alır. Bu səbəbdən gündə bir dəfə çayınıza bir mixək əlavə etmək həm sağlamlıq, həm də bədən detoksu üçün sadə və təsirli bir vərdişdir. Fidan Milli.Az

Şərh verin