Göyçayda maşın kanala aşdı — Azyaşlı suya düşdü
Göyçay rayonunun Alxasava-Dövranlı yolunda yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, Rəsul Cavadovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb. Nəticədə avtomobildə olan azyaşlı 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb. O, xəstəxanaya yerləşdirilib.

Şərh verin