Tramp taktikasını dəyişəcək
“Yaxın iki həftə ərzində dünya Ukraynadakı müharibənin bitib-bitməyəcəyini öyrənəcək”. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib. O həmçinin əlavə edib ki, hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün fərqli taktikalardan istifadə etməli olacaq: “Bundan sonra taktikamızı dəyişməli ola bilərik”. Tramp Ukrayna Prezidenti Volodimir Zelenski haqqında da əlavə edərək belə deyib: “Zelenski çox yaxşı görünürdü. O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir”.

Şərh verin