Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı - VİDEO
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-"Tiktok" adı "Aysu") və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. Milli.Az

Şərh verin