“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Hazırda bu komandalar turnir cədvəlində qonşudurlar. Paytaxt təmsilçisi 9 xalla 9-cu, əyalət klubu isə 5 xalla 10-cudur. Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı”nı sınağa çəkəcək. Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. “Şamaxı” isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir. Misli Premyer Liqası IX tur 26 oktyabr (bazar) 16:00. “Qəbələ” - “Neftçi” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli VAR: Elçin Məsiyev AVAR: Pərvin Talıbov Qəbələ şəhər stadionu 18:30. “Qarabağ” - “Şamaxı” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev VAR: Nicat İsmayıllı AVAR: Elşad Abdullayev “Azersun Arena”.