Polis meşədə əməliyyat keçirdi — Video

Narkotik vasitələrin satışı və kultivasiyasına qarşı bu dəfə meşəlik ərazidə əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, əməliyyatla Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb. Arşadırma zamanı onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və  satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.