Tramp Netanyahunun Vaşinqtona səfərini açıqladı
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini açıqlayıb. Milli.Az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə danışıb. Onun sözlərinə görə, Netanyahu ilə görüş çərşənbə axşamı baş tutacaq. İsrail Baş nazirinin ofisi də səfəri rəsmən təsdiqləyib. Məlumata əsasən, tərəflər görüş zamanı Yaxın Şərqdəki son vəziyyəti, İranla bağlı məsələləri və Qəzza zolağında atəşkəs danışıqlarını müzakirə edəcəklər. "Reuters"in məlumatına görə, Benyamin Netanyahu səfər çərçivəsində ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasimində də iştirak edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin