Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatdı

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5546 nəfərə yüksəlib. Milli.Az xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriges məlumat verib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 740 nəfər yaralanıb, 6462 nəfər isə xilas edilib. Yenilənmiş məlumata əsasən, 107 müvəqqəti düşərgədə 23 811 nəfər yerləşdirilib, 17 907 sakin isə evsiz qalıb. Təbii fəlakət nəticəsində 856 binaya ziyan dəyib, onlardan 190-ı tamamilə dağılıb. İyulun 24-nə olan məlumata görə, ölkədə indiyədək 1500 təkrar yeraltı təkan qeydə alınıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)