13 gün əvvəl Kürdə batmışdı — Meyiti tapıldı
Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, batan şəxsin Sabirabad rayonunun Türkədi kənd sakini, 1988-ci il təvəllüdlü Laiq Telman oğlu Məmmədova məxsus olduğu müəyyənləşib. Onun meyiti bu gün aşkar edilərək sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Şərh verin