Ermənistanda tanınmış vəkil həbs edildi
Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb. “Qafqazinfo” “Hraparak”a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Bildirilib ki, A. Koçubayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 490-cı maddəsinin 2-ci bəndi (hakim, prokuror və ya istintaqçı barədə ləkələyici məlumatların yayılması) üzrə cinayət təqibi başlanıb və o həbs edilib. Müdafiə tərəfinin iddiasına görə, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə həbs olunub.

Şərh verin