Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi
Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində "BYD" markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb. E.Oruczadə müvafiq qərarla həbs olunub. Milli.Az

Şərh verin