Mərkəzi Bank sabah 10.00-da vacib məlumat açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. Milli.Az xəbər verir ki, sözügedən məlumat sabah 10:00-da açıqlanacaq. Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək və konfrans canlı yayımlanacaq. Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00% səviyyəsində sabit saxlayıb. Mehman Əsədov Milli.Az

Şərh verin