“Sabah” Gənclər Liqasında “Nant”a qarşı
“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk sınağına çıxacaq. “Qafqazinfo” xəbər verir ki, U-19 liqasında Azərbaycan çempionu olmuş təmsilçimiz Fransada "Nant"la qarşılaşacaq. Həmin oyuna Bakı vaxtı ilə 19:00-da start veriləcək. Cavab qarşılaşması noyabrın 5-də Bakıda baş tutacaq.

Şərh verin