Sənubər İsgəndərli 65 yaşında — Fotolar
Bu gün Əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür. “Qafqazinfo” xəbər verir ki, aktrisa 65 yaşını qeyd edir. Belə ki, 1986-cı ildən fəaliyyətə başlayan sənətçi “Kişi sözü”, “Fəryad”, “Yaşıl eynəkli adam”, “Qayınana” və.s kimi ekran əsərləri ilə məşhurlaşıb. O həmçinin ifa etdiyi “Məhəbbət olmayanda” mahnısı ilə tamaşaçıların sevgisini qazanıb. S.İsgəndərli 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Qeyd edək ki, 1960-cı ildə Bakıda doğulan aktrisanın bir qızı,iki nəvəsi var.

Şərh verin