Onların əməkhaqlarına əlavənin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. “Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il yanvarın 1-dək veriləcək. Xatırladaq ki, daha əvvəl bu müddət 2025-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.