“Şəffaflığın az olması fəaliyyətimizi daha da gücləndirməyi tələb edir”
“İqtisadi müstəqilliyin məqsədlərindən biri maliyyə sabitliyi və şəffaflığın təmin olunmasıdır”. “Qafqazinfo” xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda bu gün keçirilən elmi-praktik konfransında bildirib. O qeyd edib ki, şəffaflıq tərəqqiyə, qapalılıq isə tənəzzülə gətirib çıxarır: “Təəssüf ki, bəzi sahələrdə hələ də müşahidə olunan qapalılıq, şəffaflığın az olması tələb edir ki, bu sahədə də istər qanunvericilik baxımından, istər icra orqanları tərəfindən fəaliyyətimizi daha da gücləndirək. Dövlətin süverenliyi daha möhkəm olsun və Prezidentimizin bizim qarşımızda qoyduğu məsələlər daha uğurla həyata keçirilsin. Şəffaflıq bütövlükdə dövlətin, təşkilatların, maliyyə institutlarının cəmiyyət qarşısında öz fəaliyyətlərini açıq elan etməsi və burada olan məlumatların düzgünlülüyünün i̇ctimaiyyət tərəfindən qəbul edilməsinin mahiyyətini təşkil edir. İndi də biz şanlı qələbədən daha güclü iqtisadiyyata getməliyik. Bunun üçün Azərbaycanda hər bir şərait var”. Nuranə Daxilqızı

Şərh verin