Fazil İsmayılov vəfat etdi - FOTO
Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi onu Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir. Milli.Az

Şərh verin