Bakı metrosunda sərnişin öldü
Bakı metrosunda ölüm faktı qeydə alınıb. Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən bildirilib: “Bu gün saat 18:30 radələrində “Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib. Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb”.

Şərh verin