Moskvaya doğru uçan 3 dron zərərsizləşdirildi

Rusiyanın paytaxtı Moskvaya doğru uçan 3 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Moskvanın meri Sergey Sobyanin teleqram kanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda PUA-ların qalıqlarının düşdüyü ərazilərdə mütəxəssislər iş aparır. Dağıntı və tələfat barədə məlumat verilməyib.