
"Yalı çapkını"nın aktyoru yeni layihədə - FOTO
Türkiyəli aktyor Taro Emir Tekin rejissor Ali Kemal Güvənin Sultana" filminin aktyor heyətinə qatılıb. Gənc aktyor ekran işində "Arif" obrazını canlandıracaq. Milli.Az xəbər verir ki, ssenarisi Erdi Işık tərəfindən yazılan film ayın sonunda çəkilişlərə başlayacaq. "Arif" obrazı, filmdə "Sultana" adlı məkanın sahibi Bekirin (Çağlar Çorumlu) sağ qolu kimi təqdim olunur və gecə klubunun daxili işlərini nəzarətdə saxlayan bir personaj kimi tamaşaçı qarşısına çıxacaq. Filmdə bir çox tanınmış adlar da yer alır: Tuba Büyüküstün - Meral Derya Pınar Ak - Anna Rojbin Erden - Fahriyə Seray Kaya - Tülay Şirin Sultan Saldamlı - Nezo Begüm Akkaya - Gülistan Itır Esen - Selin Abdullah Cerse - Ali Kemal Qeyd edək ki, Taro son olaraq "Yalı çapkını" serialında rol alıb. Lalə Qüdrətova Milli.Az
Şərh verin