Qəbizliyi aradan qaldırmaq üçün ən yaxşı təbii RESEPT

Qəbizlikdən əziyyət çəkirsinizsə, dərmansız, tamamilə təbii qarışım bu problemi qısa zamanda yüngülləşdirə bilər. Milli.Az təbii qəbizlik əleyhinə resepti sizə təqdim edir: Tərkibi: Quru ərik - 5 ədəd Gavalı (quru) - 5 ədəd Kətan toxumu - 1 xörək qaşığı Bal - 1 çay qaşığı İlıq su - 1 stəkan Hazırlanması: Quru ərik və gavalını xırda doğrayın. Onların üzərinə 1 stəkan ilıq su əlavə edib 2-3 saat saxlayın (istəsəniz gecədən səhərə qədər). Səhər bu qarışığı blenderdən keçirin. Kətan toxumu və bal əlavə edib qarışdırın. İstifadə qaydası: Səhər acqarına 1-2 xörək qaşığı qəbul edin. Gündə 1 dəfə kifayətdir. Əlavə məsləhətlər: Gündə 2-2,5 litr su için. Səhərlər limonlu ilıq su içmək bağırsaqları oyadır. Rasiona liflə zəngin qidalar (yulaf, kəpək, tərəvəz, alma, çia toxumu) əlavə edin. Hər gün az da olsa hərəkət edin - gəzinti belə bağırsaq fəaliyyətini artırır. Milli.Az