
Növbəti 4 həftə bu bürclər üçün dönüş nöqtəsi olacaq
Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün qarşıdakı dörd həftə müsbət dəyişikliklərlə yadda qalacaq. "Qara zolaq" adlandırılan çətin dövr artıq arxada qalır. Bu müddətdə həyatınızda yeni imkanlar, sevinc və uğurlar sizi gözləyir. Milli.Az xəbər verir ki, xüsusilə aşağıdakı bürclər üçün xoş xəbərlər var: Qoç - Enerjiniz və motivasiyanız yüksələcək. İş və şəxsi həyatda yeni başlanğıclar uğurlu olacaq. Xərçəng - Duyğusal tarazlıq bərpa olunur. Gözlənilməz, amma xoş bir xəbər ala bilərsiniz. Qız - Əmək və səbrinizin qarşılığını alacaqsınız. Maddi vəziyyətinizdə yaxşılaşma müşahidə olunacaq. Oğlaq - Uğurlar ardıcıl gələcək. Həyat planlarınızı reallaşdırmaq üçün doğru zamandasınız. Balıqlar - Qəlbinizdəki qarışıqlıq yerini rahatlığa verəcək. Romantik münasibətlərdə müsbət dönüşlər gözlənilir. Astroloqlar məsləhət görür ki, bu dövrdə fürsətləri dəyərləndirin və köhnə qorxulara qapılmayın. Qərarlarınızı intuisiya ilə verin - kainat artıq sizin tərəfinizdədir. Milli.Az
Şərh verin