
Bütün xadimələri işdən çıxardıb robotlar aldılar
Çinin ən böyük daşınmaz əmlak şirkəti təmizlik işçilərini robotlarla əvəz edib. Milli.Az xəbər verir ki, Çinin ən iri daşınmaz əmlak operatoru olan "Country Garden Services Holdings" şirkəti təmizlik işçilərini mərhələli şəkildə robotlarla əvəz etməyə başlayıb. "Caixin Global" nəşrinin məlumatına görə şirkət artıq yaşayış komplekslərində "Resident No. 0" adlı süni intellektlə təchiz edilmiş təmizlik robotlarını sınaqdan keçirir. Yeni texnologiyanın tətbiqi əmək xərclərinin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Robotlar hazırda bir neçə böyük şəhərdə fəaliyyət göstərir. Şirkət 2025-ci ilin sonuna qədər bu sistemin ölkə üzrə geniş tətbiqini planlaşdırır. İsmayıl Milli.Az
Şərh verin