Bu ərazilərdə su olmayacaq

Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranacaq. Milli.Az report-a istinadən xəbər verir ki, qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da Naxçıvan şəhəri Atabəylər, Babək, Z.Əliyeva məhəllələri, H.Aslanov küçəsi, həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərinə suyun verilişi dayandırılacaq. Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək. Milli.Az