“Qarabağ”ın futbolçusundan unikal göstərici — Tarixə düşdü+Video

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kabo-Verdelii futbolçu üç fərqli oyunda — “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb. Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb. Dekabr 2023 – “Qarabağ” - “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi Yanvar 2025 – “Qarabağ” - FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi Oktyabr 2025 – “Qarabağ” - “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi