Bakının mərkəzində bu binalar plana düşdü: söküntüsünə başlanılır
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır. Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib. Məlumata görə, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Qeyd edilib ki, söküntü işləri Səbail rayonu, Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək. Xatırladaq ki, daha əvvəl Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb. Milli.Az

Şərh verin