Hər seriya üçün 4 milyon alacaq
Uzun müddət sonra “A.B.İ. – Aile Bir İmtihandır” serialı ilə ekranlara qayıdacaq Kənan İmirzalıoğlu və Afra Saraçoğlunun hər seriya üçün alacağı maaş gündəm olub. “Qafqazinfo” xəbər verir ki, ATV-nin yeni sezonda yayımlayacağı bu serial baş rolları ilə böyük maraq yaradıb. Serialın baş rol aktyorları arasındakı yaş fərqi də izləyicilərin diqqətini çəkib. Jurnalist Mehmet Üstündağın “Gel Konuşalım” proqramında verdiyi məlumata görə, Kənan İmirzalıoğlu “Aile Bir İmtihandır” serialının hər bölümü üçün 4 milyon 250 min TL alacaq. İddialara görə, Afra Saraçoğlu ilə birlikdə aylıq maaşları 17 milyon TL-dir. Serialın rəsmi yayım tarixi açıqlanmayıb.

Şərh verin