Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur. Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Qeyd edək ki, hazırda Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır. Milli.Az