İmamoğlu barəsində casusluq ittihamı ilə araşdırma başladıldı
İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə araşdırma başladılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb. Bildirilib ki, Ə.İmamoğlu ilə yanaşı, onun seçki kampaniyasının direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində də eyni ittihamla araşdırma başladılıb. M.Yanardağ araşdırma çərçivəsində saxlanılıb. Xatırladaq ki, bu il martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Hazırda bir neçə ittiham üzrə İmamoğlunun məhkəmə prosesləri davam etdirilir.

Şərh verin