Məşhur ailə haqqında serial çəkiləcək
“Netflix” “Kennedi” serialının istehsalına başlayır. “Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb. Məşhur siyasi sülalənin yaranmasına həsr olunmuş serialda ailə başçısı, ata Cozef Kennedi rolunu iki dəfə “Oskar” mükafatına namizəd olmuş Maykl Fassbender ifa edəcək. Layihə tarixçi Fredrik Loqvollun müəllifi olduğu “JFK: Coming Of Age In The American Century, 1917–1956” bioqrafik kitabına əsaslanır. Serialın birinci mövsümündə hadisələr 1930-cu illərdə, 9 uşaq valideyni Cozef və Rouz Kennedi ətrafında cərəyan edəcək. Serial iş adamı, diplomat və gələcək ABŞ Prezidenti Con Kennedinin atası Cozef Kennedinin karyera yüksəlişinə, həmçinin onun ailə münasibətlərinə fokuslanacaq.

Şərh verin