İmirzalıoğlunun son FOTOsu təəccübləndirdi - Əməliyyat etdirib?

Məşhur türk aktyor Kenan İmirzalıoğlu uzun fasilədən sonra yeni serialı "Aile Bir İmtihandır" ilə ekrana qayıtmağa hazırlaşır. Lakin aktyorun son tədbirdəki görünüşü izləyicilər arasında böyük müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, İmirzalıoğlunun üzündəki dolğunluq və qabarıqlıqlar sosial mediada "plastik əməliyyat keçirib" şərhlərinə yol açıb. Bir çox istifadəçi aktyorun simasında nəzərəçarpacaq dəyişikliklər olduğunu bildirib. Sosial mediada paylaşılan son fotolarında İmirzalıoğlunun botoks və dolğu etdirdiyi ehtimalı pərəstişkarlar arasında geniş müzakirə olunub. Kenan İmirzalıoğlunun studiyaya yaxın zamanda çıxacağı və "Aile Bir İmtihandır" serialının ATV kanalında yayımlanacağı bildirilir. Yeni layihəsində Afra Saraçoğlu ilə tərəf-müqabil olan aktyorun hər seriyadan 4,25 milyon lirə qazanacağı da iddia edilir. Milli.Az