“Rusiyaya qarşı yeni sanksiyalar dönüş nöqtəsidir”

“ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları dönüş nöqtəsi oldu”. “Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Makronun sözlərinə görə, sanksiyalar Rusiyanın müharibənin maliyyələşdirilməsi imkanlarına təsir göstərməlidir. O həmçinin “Könüllülər koalisiyası”nın Ukraynaya dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturlarını yeni sanksiya paketinə daxil edib.