10 yaşlı uşağı maşın vurdu — Vəziyyəti ağırdır
Beyləqanda 10 yaşlı uşağı minik maşını vurub. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib. Belə ki, Rasim Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub. Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb. *** TƏBİB-dən bildirilib ki, 25.10.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”. Ziya Əmirxanlı

Şərh verin