ABŞ-də universitetə silahlı HÜCUM: ölən və yaralılar var - FOTO
ABŞ-nin Pensilvaniya ştatındakı Linkoln Universitetində açılan atəş nəticəsində bir nəfər həlak olub, azı altı nəfər yaralanıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, üzərində odlu silahı olan bir nəfər saxlanılıb. Bildirilir ki, hadisə Linkoln Universiteti tərəfindən təşkil edilmiş futbol matçından sonrakı əyləncə zamanı baş verib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Milli.Az

Şərh verin