Salyanda ağır qəza — Yaralılar var - Fotolar

Bakı-Astara magistralında yol-nəqliyyat hadisəsi olub. “Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov