Qazaxıstanda evdə yanğın — 12 ölü
Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. “Qafqazinfo” “Tengri News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 9-u uşaq olmaqla, 12 nəfər həlak olub. Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanğınla bağlı başsağlığı verib. Ölkə lideri hökumətə və Türküstan vilayəti administrasiyasının rəhbərinə ölənlərin yaxın qohumlarına bütün zəruri yardımın göstərilməsini və faciənin səbəblərinin araşdırılmasını tapşırıb.

Şərh verin