Mask yeni rekord qırdı

Amerikalı sahibkar və iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dollar həddini keçən ilk şəxs ol ub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. Bildirilir ki, Maskın sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb ki, bu da yeni tarixi rekorddur. “Mask indi tarixdə sərvəti 600 milyarddan çox olan ilk şəxsdir. Heç kim indiyə qədər 500 milyard dollardan çox sərvətə sahib olmayıb”, - nəşr qeyd edib.