Qəzada özü öldü, oğlu yaralandı — Foto

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Samux-Kür yolunun Sarıqamış kəndi ərazisində hərəkətdə olarkən ötmə zamanı qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü Rafiq Behbudov vəfat edib. Avtomobildə olan sürücünün oğlu, Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü Emin Behbudov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Yunis Quliyev