Qayınanasının ona yazdığı mesajları paylaşdı - FOTO

İnfluenser Nagehan Abdullayeva keçmiş həyat yoldaşı Fərid Abdullayevlə bağlı paylaşım edib. Milli.Az xəbər verir ki, Nagehan instaqramda izləyicisinin "Fəridlə ayrıldınız" sualına eks-əri ilə övladlarının fotosunu və qayınanası ilə yazışmasını paylaşaraq cavab verib: "Ayrılsaq da, bərabərik, 2 dənə gül kimi uşağımız var. Onlar üçün hər zaman birlikdə olacağıq. Biz ailə olaraq heç nə itirməmişik, çox şükür". Nagehan daha sonra "Evli, yoxsa subay" sualını cavablandırıb: "Allah evli olanları çox xoşbəxt etsin. Evlilik dünyanın ən gözəl duyğusudur, xüsusilə də uşaqlar varsa. İnanın, subaylıq mənlik deyil. Əgər çox böyük problemləriniz yoxdursa, əsla boşanmağı düşünməyin". (olay) Milli.Az