DİM buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir. Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir. "DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır", məlumatda vurğulanıb. Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb. Milli.Az