1000-ə 40 qaldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasında 9 60-cı qolunu vurub. “Qafqazinfo” xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Premyer Liqasının 17-ci turunda “Damak”la oyunda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən fərqlənib. Qarşılaşma “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 40 yaşlı K.Ronalda bir müddət əvvəl 1000 qola çatanadək karyerasını davam etdirmək istədiyini bildirmişdi.