Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)

Müğənni Şəbnəm Tovuzlu mağazada pərəstişkarları ilə yaşadığı hadisə ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə sənətçinin onunla şəkil çəkdirmək istəyən izləyicilərlə qarşılaşdığı anlar əks olunub. Kadrlarda foto çəkilişi zamanı kişi pərəstişkarlarından birinin ona toxunması Şəbnəm Tovuzlunun narazılığına səbəb olub. Müğənni həmin hərəkətə əl işarəsi ilə etiraz edib və daha sonra məkanı tərk edib. Onun bu reaksiyası sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fikirlərə yol açıb. Bəzi izləyicilər sənətçinin şəxsi sərhədlərinə hörmət edilməsinin vacibliyini vurğulayaraq onu dəstəkləyiblər. Digərləri isə hadisə zamanı nümayiş etdirdiyi sərt reaksiyanı müzakirə ediblər. Qısa zamanda yayılan görüntülər sosial mediada geniş rezonans doğuraraq çoxsaylı şərhlər toplayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)